Главная > Region > Mirzоyan: Ermənistan Azərbaycan və Türkiyə arasında əlaqələndirici halqa olmaq istəyir
Mirzоyan: Ermənistan Azərbaycan və Türkiyə arasında əlaqələndirici halqa olmaq istəyir8-01-2025, 15:00. Разместил: Rss Bot Report |
|
Ermənistan Azərbaycan və Türkiyə üçün maneə deyil, onlar arasında əlaqələndirici halqa olmaq istəyir. “Sizinxeber.az” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan mətbuat konfransında bildirib. "Ermənistan Respublikası maneə olmaq istəmir. Biz 21-ci əsrdə yaşayırıq. Bütün ölkələr digərləri ilə münasibətlər qurmaq, ticarət etmək istəyir. Bu, dövlətlərin həyati maraqlarından irəli gəlir. Biz digər dövlətlər, qonşularımız arasında maneə deyil, körpü olmaq istəyirik", - A.Mirzоyan vurğulayıb. O həmçinin qeyd edib ki, əgər Ermənistan və Türkiyə arasında sərhəd açılarsa və etimad yaranarsa, erməni sərhədçiləri rusiyalıların əvəzinə sərhədi özləri qoruya bilərlər. Вернуться назад |