Главная > Region > İranda səhiyyə müəssisələrində elektrik enerjisi çatışmazlığı yaranıb

İranda səhiyyə müəssisələrində elektrik enerjisi çatışmazlığı yaranıb


27-12-2024, 10:00. Разместил: Rss Bot Report

İranın Səhiyyə Nazirliyinin tapşırığı ilə səhiyyə müəssisələrində elektrik enerjisinin kəsilməsi pasiyentlər və xəstəxanalar üçün problem yaradıb.

“Sizinxeber.az” xəbər verir ki, bunu İranın Nadir Xəstəliklər Assosiasiyasının başçısı Həmidrza Naqarani “Mehr” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, səhiyyə müəssisələrində generatorlar olsa da, elektrik enerjisinin kəsilməsi zamanı ciddi problemlər yaşanır: “Elektrik enerjisinə sahib olmaq istəyirsinizsə, generatoru özünüz quraşdırmalı olacaqsınız. Bu da çox baha başa gəlir və sərfəli deyil”.

Həmidrza Naqarani qeyd edib ki, generatorların işləməsi üçün də çoxlu yanacaq sərf edilir və bu, tibb ocaqlarına ziyan vurur.

Qeyd edək ki, İranda elektrik enerjisi və yanacaq çatışmazlığı yaşanır.


Вернуться назад