Главная > Region > Paşinyan və Aİ Şurasının sədri Vaşinqtonda əldə edilmiş razılaşmaları müzakirə ediblər
Paşinyan və Aİ Şurasının sədri Vaşinqtonda əldə edilmiş razılaşmaları müzakirə ediblər12-08-2025, 13:00. Разместил: Rss Bot Report |
|
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının sədri Antonio Koşta arasında telefon danışığı aparılıb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə məlumat verib. "Baş nazir 2025-ci il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda aparılmış danışıqların nəticələri, xüsusilə "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması, ATƏT-in Minsk qrupunun mexanizmlərinin buraxılması ilə bağlı təşkilata birgə müraciət, ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlı əsasda regional kommunikasiyaların açılmasını, eləcə də " Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsi barəsində Aİ Şurasının sədrinə məlumat verib", - o qeyd edib. N.Paşinyan vurğulayıb ki, bərqərar olmuş sülh Ermənistan-Aİ əməkdaşlığının genişləndirilməsi üçün yeni investisiya imkanları açır. Tərəflər həmçinin Ermənistan-Aİ gündəliyinə dair məsələləri, eləcə də Avropa Siyasi Birliyinin 2026-cı ilin yazında Ermənistanda keçiriləcək sammiti ilə bağlı təşkilati məsələləri müzakirə ediblər. Вернуться назад |