Главная > Region > Kamçatkada vulkan 6 km hündürlüyə kül püskürüb
Kamçatkada vulkan 6 km hündürlüyə kül püskürüb5-08-2025, 11:00. Разместил: Rss Bot Report |
|
Rusiyanın Kamçatka diyarında Kraşeninnikov vulkanında kül püskürməsi qeydə alınıb, hündürlük 6 km təşkil edib. "Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatında deyilir. "Partlayışlar Kraşeninnikov vulkanının külünü dəniz səviyyəsindən 6 km yüksəkliyə qaldırıb", - məlumatda qeyd olunub. Avrasiyanın ən hündür fəaliyyətdə olan vulkanı da (Klyuçevskaya sopka), avqustun 5-də 8 km hündürlüyə kül püskürdüb. Вернуться назад |