Главная > Region > Qazaxıstan MN: İtən helikopterin axtarışı gecə-gündüz davam edir
Qazaxıstan MN: İtən helikopterin axtarışı gecə-gündüz davam edir27-07-2025, 21:30. Разместил: Rss Bot Report |
|
İyulun 25-də itkin düşən Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus EC-145 helikopterinin göyərtəsində olanların hamısının yerini müəyyənləşdirmək üçün Sorbulak su anbarı ərazisində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam etdirilir. “Report” xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb. İdarədən bildirilib ki, işlər intensiv və gecə-gündüz aparılır. Əməliyyatda 400-ə yaxın insan, 70-dən çox yerüstü texnika, 21 su gəmisi, 10 PUA, əks-səda aparatları, sualtı skaner avadanlığı, həmçinin kinoloji qruplar iştirak edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, axtarışlar çətin şəraitdə aparılır: mürəkkəb sualtı relyef, lil və palçığın çoxluğu görüntü qabiliyyətini sıfır edir. Axtarış-xilasetmə əməliyyatları yekun nəticələr əldə olunana qədər davam edəcək. Xatırladaq ki, Almatı vilayətində Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus EC-145 tipli helikopteri planlı uçuş zamanı radarlardan itib. Üç ekipaj üzvü ilə Luqovoydan havaya qalxan helikopterlə Otar ərazisində əlaqə itib. Вернуться назад |