Viktor Orban: Gürcüstanın suverenliyini Aİ qarşısında müdafiə edəcəyik
sizinxeber.az xəbər saytı

Viktor Orban: Gürcüstanın suverenliyini Aİ qarşısında müdafiə edəcəyik


Gürcüstanın suverenliyini Avropa İttifaqı qarşısında müdafiə edəcəyik.

“Report”un yerli bürosu xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə keçirdiyi birgə mətbuat konfransında Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiyası prosesinə dəstək mesajı verib.

V.Orban bəyan edib ki, Macarıstan Gürcüstanın suverenliyi və müstəqilliyini yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, eyni zamanda Avropa İttifaqı səviyyəsində də qətiyyətlə müdafiə edir.

“Biz Gürcüstanı Avropa İttifaqı qarşısında onun suverenliyini və müstəqilliyini qorumaq üçün apardığı bütün mübarizələrdə təmsil edirik. Brüsselin nə düşündüyündən asılı olmayaraq, Gürcüstanın Aİ-yə doğru möhkəm addım atması üçün əlimizdən gələni edəcəyik”, – Orban bildirib.

Macarıstan hökumət başçısı ölkəsinin Gürcüstanla iqtisadi əməkdaşlıq, tərəfdaşlıq və birgə nailiyyətlər istiqamətində əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduğunu da vurğulayıb.

“Mən Gürcüstanı hər zaman Macarıstanın müttəfiqi kimi görürəm və bu dostluğa görə gürcü tərəfdaşlarımıza təşəkkür edirəm”, – Orban əlavə edib.

Oxşar xəbərlər

Viktor Orban: Avropa İttifaqı Ukrayna münaqişəsində uduzub
Gürcüstanın Baş naziri Macarıstanda rəsmi səfərdədir
Viktor Orban: Avropa Şurasının sədri kimi Azərbaycanla strateji əməkdaşlığı dəstəkləyirik
Orban: Avropa İttifaqı Ukraynadakı münaqişəni uzadır
Giya Abaşidze: Avropa Gürcüstanın suverenliyini təhdid edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle