Avstriyada məktəbdə atəş açan şəxsin atası Ermənistandan gəlmədir
sizinxeber.az xəbər saytı

Avstriyada məktəbdə atəş açan şəxsin atası Ermənistandan gəlmədir


Avstriyanın Qrats şəhərində məktəbdə atəş açan 21 yaşlı Arturun atası Ermənistandan gəlmədir.

“Report”un məlumatına görə, bu barədə yerli "Kronen Zeitung" qəzeti yazır.

O, avstriyalı anası ilə yaşayırdı. Artur həmin məktəbin keçmiş məzunudur. O, anasına onu bağışlamasını xahiş edən bir video göndərib, vida məktubunda isə məktəbdə baş verən təhqirlərdən bəhs edib.

Avstriya polisi axtarış zamanı evdə əldəqayırma partlayıcı qurğu aşkar edib.

Qeyd edək ki, baş verən atışma ilə əlaqədar ölkədə üçgünlük milli matəm elan edilib. Hadisə nəticəsində 10 nəfər ölüb.

Oxşar xəbərlər

Avstriya polisi məktəbə hücum edən şəxsin evində əldəqayırma bomba aşkar edib
Avstriyada üçgünlük milli matəm elan ediləcək - YENİLƏNİB-3
Avstriyada məktəbdə atışma olub, ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Avstriya məktəblərindən birində atışma olub, 11 nəfər ölüb - YENİLƏNİB-3
Avstriya məktəblərindən birində atışma olub, 11 nəfər ölüb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle