
Avstriya məktəblərindən birində atışma olub, 11 nəfər ölüb - YENİLƏNİB-3

Avstriya məktəblərindən birində atışma olub, 11 nəfər ölüb - YENİLƏNİB-3
Avstriyada məktəbdə baş verən atışmadan sonra 30-a yaxın insan xəstəxanalara yerləşdirilib.
“Report” xəbər verir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb.
"Hazırda 28 yaralı xəstəxanalardadır. Onlardan ən azı dördünün vəziyyəti son dərəcə ağırdır", - məlumatda bildirilib.
Avstriyanın Qrats şəhərindəki məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı ilkin məlumatlara görə 11 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə “AUF1” portalı yazıb.
Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş verən atışma nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb.
Şübhəli şəxs ölü vəziyyətdə tapılıb.
Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş verən atışma nəticəsində beş nəfər həlak olub.
"Report"un məlumatına görə, bu barədə "Kronen Zeitung" qəzeti yazıb.
Hücum edən şəxs zərərsizləşdirilib.
Bildirilib ki, əməliyyatda bir neçə polis bölməsi və “Cobra” xüsusi təyinatlı dəstəsi iştirak edib.