sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Türkiyənin Səhiyyə Nazirliyi Antalyada Koksaki virusunun yayılması barədə məlumatları təkzib edib
Türkiyənin Səhiyyə Nazirliyi dəniz kurortlarında, xüsusilə Antalyada turistlər arasında Koksaki virusuna yoluxma hallarının guya kəskin şəkildə artması barədə məlumatları təkzib edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
"Bölgədə Koksaki virusu ilə bağlı mütəmadi olaraq monitorinq aparılır. Hazırda yerli hotellərdə və təhsil müəssisələrində xəstəliyin yayılmasını ehtimal etməyə imkan verən vəziyyət yoxdur", - məlumatda qeyd olunub.
Daha əvvəl Rusiya Turoperatorlar Assosiasiyası bildirmişdi ki, Türkiyədə Koksaki xəstəliyi ilə bağlı müraciətlər qeydə alınır və onların sayı keçən ilin göstəricisindən çox deyil.
Oxşar xəbərlər
Səhiyyə Nazirliyi: Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb
Nigeriyada meymunçiçəyi virusuna 39 yoluxma halı qeydə alınıb
Avstraliyada meymunçiçəyinə yoluxma halları kəskin artıb
ÜST meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb
Uqandada meymunçiçəyinə yoluxma hallarının sayı 145-ə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













