Ərdoğan: Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün yaranan fürsət dəyərləndirilməlidir
Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün yaranan fürsət dəyərləndirilməlidir.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İspaniyanın Baş naziri Pedro Sançesi qəbul edərkən deyib.
Onun sözlərinə görə, rəsmi Ankara savaşın başa çatması üçün səylərini davam etdirir: “İstanbulda baş tutan müzakirələrdə əsir mübadiləsi kimi məsələlərin gündəmə gəlməsi etimad mühitinin yaradılması üçün əhəmiyyətlidir”.
Türkiyə lideri həmçinin qeyd edib ki, rəsmi Ankara Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı məqsədində dəyişiklik etməyib: “Üzvlük prosesinin canlandırılması üçün Aİ konstruktiv mövqe sərgiləməlidir”.
Ərdoğan Türkiyə ilə İspaniya arasında ticarət həcminin artırılması istiqamətində səylərin davam etdiyini və iki ölkənin bir çox sahədə, xüsusilə müdafiə sənayesi və nəqliyyatda əməkdaşlığı inkişaf etdirmək üçün səylərini davam etdirəcəyini bildirib.
Onlar həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
Ərdoğan: NATO Rusiya-Ukrayna müharibəsində tərəfə çevirilməməlidir
Türkiyə MTŞ: Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün mühüm mərhələ başlayıb
Ərdoğan: Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün dönüş əldə edilib
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması üçün səylər gücləndirilməlidir
Ərdoğandan Zelenski ilə görüşdən sonra açıqlama...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








