İstanbul sahilində zəlzələ olub
sizinxeber.az xəbər saytı

İstanbul sahilində zəlzələ olub


İstanbul sahilində 4,1 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Mərmərə dənizində baş verib. Yerli vaxtla 07:18-də qeydə alınmış zəlzələnin ocağı 13,6 km dərinlikdə yerləşib. Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi isə zəlzələ maqnitudasının 3,8 olduğunu açıqlayıb. Agentliyə görə, seysmoloji hadisənin episentri şəhərin Büyükçekmece rayonunda 20 km cənubda yerləşib, ocağı isə 6,84 km dərinlikdə olub. 

Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Oxşar xəbərlər

Kipr sahilində zəlzələ olub
Bodrum sahilində zəlzələ olub
Alyaska sahilində güclü zəlzələ olub
Türkiyədə daha bir zəlzələ olub
Çanaqqala sahilində zəlzələ olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər