ABŞ səfirliyi Tbilisidə üç ticarət mərkəzində partlayış təhlükəsi barədə xəbərdarlıq edib
sizinxeber.az xəbər saytı

ABŞ səfirliyi Tbilisidə üç ticarət mərkəzində partlayış təhlükəsi barədə xəbərdarlıq edib


ABŞ-nin Gürcüstandakı səfirliyi Tbilisidə ticarət mərkəzlərində partlayış təhlükəsi ilə bağlı daxil olan məlumatla əlaqədar öz saytında fövqəladə xəbərdarlıq edib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, səfirliyin Tbilisidəki regional təhlükəsizlik idarəsi səfirliyin bütün əməkdaşlarına növbəti xəbərdarlığa qədər bu ərazilərdən uzaq durmağı tövsiyə edib.

Əlavə məlumat verilməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti hələlik bu xəbəri şərh etməyiblər.

Oxşar xəbərlər

ABŞ Gürcüstandakı vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib
İsrailin Danimarkadakı səfirliyi yaxınlığında partlayış törədilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar