Xamənei: ABŞ ilə danışıqlardan nə nikbin, nə də bədbin olmalıyıq
Rəsmi Tehran bu danışıqlardan nə həddindən artıq nikbin, nə də həddindən artıq bədbin olmalıdır.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei ali qanunverici, icraedici və məhkəmə orqanlarının yüksək vəzifəli rəsmiləri ilə görüşdə Omanda Tehran və Vaşinqton arasında birbaşa olmayan danışıqları birinci raundunu nəzərdə tutaraq bildirib.
Onun sözlərinə görə, Omandakı danışıqlar İran Xarici İşlər Nazirliyinin onlarla vəzifəsindən biridir.
Xamənei deyib ki, İranın problemləri danışıqlarla əlaqələndirilməməlidir: “Nəticə etibarilə, bu, qəbul edilmiş və ilk mərhələlərdə uğurla həyata keçirilmiş bir qərar, addımdır”.
O, 2015-ci il iyulun 14-də Əhatəli Birgə Fəaliyyət Planı üzrə Müqavilənin imzalanması zamanı yol verilmiş səhvləri xatırladaraq vurğulayıb: “Onda yol verdiyimiz səhv təkrarlanmamalıdır. Biz ölkəni danışıqların gedişindən asılı vəziyyətə salmışdıq”.
İranın ali rəhbəri söyləyib ki, iş adamları ölkənin danışıqlardan asılı olduğunu gördükdə sərmayə qoymayacaqlar.
Qeyd edək ki, aprelin 12-də Maskatda iki ölkə arasında Omanın vasitəçiliyi ilə görüş olub. Növbəti belə bir görüşün aprelin 19-da yenə orada keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Xamənei: ABŞ ilə danışıqlar problemləri həll etməyəcək
Xamenei ABŞ-la danışıqlara dair nə çox nikbin, nə də bədbindir
Bu həftə Tehranda cümə namazını Xamənei qılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İran ABŞ-nin raketlərinə Yaxın Şərqə hücumla cavab verib
-
"Forbes" Dünya Kubokunun ən çox qazanan 11 futbolçusunun adını açıqlayıb
