sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Kobaxidze: Bəzi səfirlik və xarici təşkilatların fəaliyyəti dəyərlərə əsaslanmır, bu, üzücüdür
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəzi səfirliklər və təşkilatların fəaliyyətinin dəyərlərə əsaslanmadığını və bunun çox üzücü, təəssüf doğurduğunu bildirib.
"Report"un Gürcüstan bürosu yerli KİV-ə istinadən xəbər verir ki, Baş nazirin sözlərinə görə, xarici həmkarları bəzən ekstremist və radikal fəaliyyətləri konkret bəyanatlarla təşviq edirlər, bu da əlavə narahatlıq yaradır.
İ.Kobaxidze əlavə edib ki, bu cür fəaliyyətlərə ilk dəfə şahid olmurlar, lakin bəzi xarici tərəfdaşlar bunu ya susqunluqla, ya da konkret açıqlamalarla dəstəkləyirlər.
O, belə hərəkətlərin, xüsusilə də uzunmüddətli demokratik ənənələrə sahib ölkələrdən gəldikdə, çox təəssüf doğurduğunu vurğulayıb.
Oxşar xəbərlər
İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır
İrakli Kobaxidze COP29-da iştirak edəcək
Kobaxidze Qərb ölkələrinin nüfuzlu adamlarına ismarış göndərib
İrakli Kobaxidze: Müxalifət intihar vəziyyətindədir
İrakli Kobaxidze: Trampın xarici yardım proqramlarını dayandırmaq qərarını alqışlayırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













