KİV: İran nüvənin zənginləşdirilməsini kosmos proqramı adı altında gizlədir
İranın Müdafiə Nazirliyinin nüvənin inkişafına məsul olan gizli agentliyi ölkənin kosmik proqramında fəaliyyət göstərir.
"Report"un "Fox News" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Parisdə yerləşən İran Milli Müqavimət Şurasının (“National Council of Resistance of Iran”, NCRI) hesabatında deyilir.
“Bir neçə ay ərzində toplanmış məlumatlar göstərir ki, İranın Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatı Şahrud və Semnan sahələrində nüvə başlıqlarının yaradılması üzrə işi gücləndirib”, - hesabatda deyilir. Məlumata görə, bu obyektlər əvvəllər sırf kosmik inkişaflarla əlaqəli hesab olunurdu.
Hesabatda Tehranın 2024-cü ilin sentyabrında “Çamran-1” tədqiqat peykinin buraxılması üçün istifadə etdiyi “Qaem-100” daşıyıcı raketindən də bəhs edilir. NCRI onun nüvə başlığı daşımağa qadir olduğuna inanır.
İkinci obyekt, Semnan kosmodromunda ağır peykləri orbitə çıxara bilən “Simurq” kimi maye yanacaqla işləyən raketlərin yaradılması üçün istifadə olunur. Bununla belə, təşkilat hesab edir ki, onlar nüvə yüklərini çatdırmaq üçün də uyğunlaşdırıla bilər.
Yanvarın ortalarında İran Prezidenti Məsud Pezeşkian “NBC News” telekanalına müsahibəsində deyib ki, Tehran nüvə silahı yaratmaq məqsədini güdmür.
Oxşar xəbərlər
AEBA rəsmisi: İran apreldə on nüvə başlığı əldə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran üç peykini orbitə buraxmağı planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran nüvə silahının yaradılması üçün texniki imkanlara malik olduğunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya nüvə proqramına görə İrana qarşı sanksiyaları genişləndirməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın vitse-prezidenti: Nüvə silahı əldə etməyə çalışsaydıq, onu çoxdan reallaşdırmışdıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












