Ərdoğan Boluda yanğında ölən Gültekin ailəsi üzvlərinin vida mərasiminə qatılıb  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ərdoğan Boluda yanğında ölən Gültekin ailəsi üzvlərinin vida mərasiminə qatılıb - YENİLƏNİB


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu vilayətində yanğın baş verən əraziyə gəlib.

“Sizinxeber.az” xəbər verir ki, o, hazırda yanğın zamanı həyatını itirən Gültekin ailəsinə məxsus on dörd nəfərin vida mərasimində iştirak edir.

15:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu vilayətinə gedəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Ərdoğanın yanğın nəticəsində həyatını itirən vətəndaşların cənazə namazına qatılacağı gözlənilir.

Xatırladaq ki, yanvarın 21-i səhər saatlarında Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki hoteldə yanğın baş verib. Hadisə nəticəsində 76 nəfər ölüb, 51 nəfər yaralanıb. Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb.

Oxşar xəbərlər

Türkiyədə xizək mərkəzindəki yanğında 76 nəfər ölüb
Türkiyədə birgünlük matəm elan edilib
Türkiyədə hoteldə yanğın baş verib, 66 nəfər ölüb, 51 nəfər yaralanıb - YENİLƏNİB-2
Türkiyədə hoteldə baş verən yanğınla əlaqədar 4 nəfər saxlanılıb
Türkiyədə oteldə yanğın baş verib, on nəfər ölüb, 32 nəfər yaralanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər