Vitse-spiker: Gürcüstan qlobal güclərə qarşı durmasaydı, müstəqilliyini əbədi itirə bilərdi
sizinxeber.az xəbər saytı

Vitse-spiker: Gürcüstan qlobal güclərə qarşı durmasaydı, müstəqilliyini əbədi itirə bilərdi


Gürcüstan rəhbərliyi bütün qlobal güclərə qarşı durmasaydı, ölkənin müstəqilliyi uzun müddətə, ya da bəlkə də əbədi olaraq itirilə bilərdi.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri Sozar Subari senator Marko Rubionun ABŞ Senatındakı çıxışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti qlobal güclərə qarşı durmasaydı, ölkə müharibəyə cəlb oluna bilərdi:

“Xalqın Gücü” Partiyası, hökumət və Bidzina İvanişvilinin güclü siyasəti nəticəsində Gürcüstan sülhü və dövlətçiliyini qorumağı bacarıb. Əgər Gürcüstan hökumətinin və Bidzina İvanişvilinin möhkəm mövqeyi olmasaydı, bu gün dövlət olaraq mövcud olmayacaqdıq. Çox güman ki, müstəqilliyimizi bərpa etmək ümidi ilə də vidalaşacaqdıq. Neçə insanın həlak olacağını demək belə istəmirəm”.

Ruslan Həsənov

Oxşar xəbərlər

Gürcüstan parlamentinin müxalifət tərəfindən vitse-spikeri məlum olub
Spiker: Gürcüstan Rusiya əleyhinə heç bir sanksiya tətbiq etməyəcək
Gürcüstan Parlamentinin vitse-spikeri: Aksiyalar zamanı radikal müxalifət ekstremist hərəkətlərə əl atıb
Gürcüstan parlamentinin sədri: Biz ABŞ-nin ştatı deyilik
Gürcüstan parlamentinin spikeri prezidenti və müxalifəti çevrilişə hazırlaşmaqda ittiham edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle