Helikopter qəzasında həlak olan İran Prezidentinin adına yaradılan fondun nizamnaməsi açıqlanıb
İran Prezidenti Məsud Pezeşkian helikopter qəzasında həlak olan səkkizinci hökumət başçısı İbrahim Rəisinin adına yaradılan fondun nizamnaməsi açıqlayıb.
“Report” xəbər verir ki, “Mehr” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, fond İbrahim Rəisinin mədəni, siyasi, hüquq-mühafizə, məhkəmə tarixi, idarəçilik və idarəçiliyə yanaşmasının, əxlaqi, əməli davranışının, hüquqi düşüncələrinin aydınlaşdırılması və dərinləşdirilməsini təbliğ edəcək.
Bildirilib ki, korrupsiya ilə mübarizə, insanların və idarəetmə sistemlərinin problemlərinə milli, beynəlxalq səviyyədə sivil yanaşma ilə cavab verilməsi istiqamətində səmərəli elmi və praktiki fəaliyyətə görə iki ildən bir İbrahim Rəisi mükafatı veriləcək.
Vurğulanıb ki, Fondun prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Aləm əl-Hadidir.
Qeyd edək ki, İbrahim Rəisi 2024-cü il mayın 19-da helikopter qəzasında ölüb.
Oxşar xəbərlər
İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Helikopter qəzası: İran hökuməti hərəkətə keçdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
İbrahim Rəisinin öldüyü helikopter qəzası ilə bağlı istintaq başa çatıb, nəticə məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəisinin olduğu helikopter tapıldı? [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Baş Assambleyasında Rəisinin xatirəsinə həsr olunmuş plenar iclas keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












