“Gürcü Arzusu”nun icraçı katibi: Müxalifət ölkəyə ən böyük zərəri verməyə çalışır
Ordunun hakimiyyətə və qurumlara tabe olmamağa çağırışı cinayətdir, istintaq orqanları cinayət əlamətlərinin olub-olmamasına baxmalıdır.
“Report”un məlumatına görə, bunu “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze bildirib.
Hakim partiyanın icraçı katibi qeyd edib ki, ölkəni bu qədər yıxmaq istəyəndə müxalifət təslim olmağa çağırıb ortalığı qarışdırır:
“Siz əzab içindəsiniz və ən böyük zərəri verməyə çalışırsınız. Amma uğur qazana bilməyəcəksiniz”.
O hesab edir ki, müxalifət ATƏT-in hesabatının məzmunun diqqət yetirmir.
M.Mdinaradze qeyd edib ki, ATƏT/ODİHR-in ilkin hesabatını çox mənfi qiymətləndirən müxalifət indi də yekun hesabatdan məmnunluq ifadə edir.
“Əslində, hesabat eyni məzmundadır, sadəcə daha geniş formada təqdim olunub.
İcraçı katibin sözlərinə görə, müxalifət ardıcıllıq göstərmir və mövqeyində qeyri-sabitdir.
“Bizim müxalifətin səsləndirdiyi spekulyativ fikirlər ATƏT/ODİHR-in yekun hesabatında öz əksini tapmayıb. Hesabatda müəyyən tənqidi qeydlər var və bunu heç kim inkar etmir. Lakin müxalifət seçkilərlə bağlı 300 min saxtalaşdırılmış səslə əlaqədar iddialar irəli sürürdü, lakin bu barədə hesabatda heç bir məlumat yoxdur. Əksinə, yekun sənəd ilkin hesabatın eyni məzmununu genişləndirilmiş formada təsdiqləyir”.
O qeyd edib ki, müxalifət əvvəlcə bu hesabatı “fəlakət” adlandırmışdı, indi isə onu “müsbət” kimi təqdim edir, bu da onların sənədin məzmunundan çox, necə təqdim ediləcəyinə önəm verdiyini göstərir.
Parlament çoxluğunun lideri bildirib ki, S.Zurabişvili o qədər qeyri-adekvat bəyanatlar verməyinə yeganə səbəb onun ağır emosional fonudur.
“Bilmirəm, konstitusiyanı oxumurlar və bilmirlər, o qədər də cahil deyillər. Amma bunlar baş nazir təyin etmək, yeni seçkilər keçirmək istəyirlər. Lakin qeyd etmirlər ki, bunun üçün əsas lazımdır”, - deyə Mamuka Mdinaradze bildirib.
Oxşar xəbərlər
“Gürcü Arzusu”: Bugünkü müxalifət xaricdən alınan əmr və təlimatlarla fəaliyyət göstərir
Gürcüstanda müxalifətin parlament seçkilərini saxtalaşdırması ilə bağlı 81 fakt müəyyən edilib
“Gürcü Arzusu”: Müxalifət dünənki mitinqlə seçkiləri bir həftə öncə uduzduğunu elan etmiş oldu
Mamuka Mdinaradze: ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilədir
Gürcüstanın hakim partiyasının icraçı katibi seçicilərə şəxsiyyət vəsiqələrini heç kimə verməməyi tövsiyə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













