Lukaşenko: İranla geniş spektrli məsələləri müzakirə etməyə hazırıq
Belarus İranla ərzaq təhlükəsizliyinin təmin edilməsindən hərbi-texniki əməkdaşlığa qədər geniş spektrli məsələləri müzakirə etməyə hazırdır.
“Sizinxeber.az” Belarus KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Aleksandr Lukaşenko Minskdə iranlı həmkarı Məsud Pezeşkianla danışıqlar zamanı bildirib.
"Belarus və İran arasında qapalı mövzular yoxdur. Biz ölkənizin ərzaq təhlükəsizliyinin təmin edilməsindən hərbi-texniki əməkdaşlığa qədər istənilən məsələni müzakirə etməyə hazırıq", - Lukaşenko qeyd edib.
KİV-in məlumatına görə, prezidentlər ticarət, investisiya və sənaye kooperasiyası sahələrində əməkdaşlığı, elm, texnologiya, təhsil sahələrində birgə təşəbbüslərin həyata keçirilməsini, həmçinin dövlətlərin Aİİ, ŞƏT, BRİCS, BMT kimi beynəlxalq strukturlar çərçivəsində qarşılıqlı fəaliyyətini müzakirə edəcəklər.
Oxşar xəbərlər
Lukaşenko mühüm məsələləri müzakirə etmək üçün Putinlə görüşməyi planlaşdırır
Belarus Prezidenti Çinə səfər edəcək
Lukaşenko: İran və Belarus arasında heç bir həllolunmaz problem yoxdur
Lukaşenko və Pezeşkian arasında Minskdə görüş keçirilir
Sabah Putin və Lukaşenko arasında danışıqlar baş tutacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













