Andrey Nastasin: Bakı və İrəvanın qarşılıqlı həll yolları axtarması regionda sülhün bərqərar olmasına kömək edəcək
Moskva Bakı və İrəvanı Cənubi Qafqazda tezliklə sülh və rifaha nail olmaq üçün qarşılıqlı məqbul həll yollarının tapılmasına diqqət yetirməyə çağırıb.
"Sizinxeber.az"un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin keçirdiyi brifinqdə jurnalistlərə deyib.
O, Rusiyanın Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin siyasi və diplomatik yollarla həllinin tərəfdarı olduğunu vurğulayıb.
"Mən hazırda Ermənistan ətrafında və regionda baş verən əsas məsələyə diqqət çəkmək istəyirəm. Bu, Qərbin, ilk növbədə, ABŞ-nin, Aİ-nin Cənubi Qafqazda mövcud əlaqələri məhv etməyə yönəlmiş aktiv fəaliyyətidir. Qərblilər regionda sabitliyi pozaraq onu başqa bir gərginlik ocağına, hətta Rusiya sərhədləri yaxınlığında ikinci cəbhəyə çevirmək istəyirlər”, - Nastasin bildirib.
Oxşar xəbərlər
Rusiya XİN: Qərbin Ermənistan mediasına təsirinin artması yaxşı heç nə vəd etmir
Rusiya XİN: “Üçtərəfli razılaşmaların həyata keçirilməsi Cənubi Qafqazda sülhün təminatıdır”
Simonyan: “Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına töhfə verən addımlar atır”
Rusiya Azərbaycan və Ermənistanı üçtərəfli dialoq mexanizmlərini bərpa etməyə çağırdı
Zaxarova: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazda təhlükəsizliyin təminatı üçün ilkin şərtdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













