Putin BƏƏ-ni Trampla görüş üçün münasib yerlərdən biri adlandırıb
sizinxeber.az xəbər saytı

Putin BƏƏ-ni Trampla görüş üçün münasib yerlərdən biri adlandırıb


Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) amerikalı həmkarı Donald Trampla görüş üçün münasib yerlərdən biri adlandırıb.

“Sizinxeber.az”un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, o bunu jurnalistlərə bildirib.

"Bizim bu cür tədbiri təşkil etməkdə kömək etməyə hazır olan çox dostlarımız var. Dostlarımızdan biri BƏƏ Prezidentidir. Düşünürəm ki, bu, münasib yerlərdən biri olardı", - o qeyd edib.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə gəlincə, Putin bunun mümkün olduğunu bildirib və qeyd edib ki, bunun üçün şərait yaradılmalıdır. O, həmçinin əlavə edib ki, belə şəraitin yaradılmasına hələ çox var.

"Mən artıq dəfələrlə demişəm ki, bu mümkündür, lakin bunun üçün müəyyən şərait yaradılmalıdır", - o bildirib.

Oxşar xəbərlər

Putin Trampla görüşə hazırlaşdığını açıqlayıb
Putin Trampla görüşə hazır olduğunu bəyan edib
Putin Trampla görüşməyə hazır olduğunu bildirib
Putin: BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir
KİV: Si Cinpin Putin və Trampla üçtərəfli görüş keçirməyi planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər