ABŞ İsfahanın nüvə reaktorlarına zərbələrdən yayınırmış
ABŞ-nin Hərbi Hava Qüvvələri (HHQ) İranın İsfahanda yerləşən nüvə kompleksinə hücum zamanı tədqiqat reaktorlarına zərbə vurmaqdan qəsdən yayınıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Vyanada peyk şəkilləri ilə tanış olan dörd rəsmi şəxsə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, kompleks ərazisində yerləşən üç reaktor hücum nəticəsində zərər görməyib, halbuki ətrafındakı sənaye binalarının əksəriyyəti dağıdılıb.
Zərər görməyən obyektə misal olaraq, 1991-ci ildə istifadəyə verilmiş və işləməsi üçün 900 qram hərbi uranın istifadə olunduğu Çin istehsalı olan miniatür neytron reaktoru göstərilir. Hər üç reaktorun korpusu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin zəmanət nəzarəti altındadır.
Xatırladaq ki, İran ABŞ-nin zərbələrinə Qətərdəki Amerika hərbi bazasına raketlər atmaqla cavab verib.
Oxşar xəbərlər
ABŞ İsfahanın nüvə reaktorlarına zərbələrdən qaçınırmış
İran AEBA-nı İsfahanda radiasiya səviyyəsinin dəyişmədiyi barədə məlumatlandırıb
İsrail İranın nüvə obyektini vurub
KİV: İran obyektlərinə zərbələr onun nüvə proqramı üzərində nəzarəti çətinləşdirəcək
Qrossi: İranın nüvə obyektləri İsrailin zərbəsi nəticəsində zərər görməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













