Türkiyə PA ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsinə pisləyib
sizinxeber.az xəbər saytı

Türkiyə PA ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsinə pisləyib


Türkiyə Prezident Administrasiyası ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsini pisləyib.

“Report” xəbər verir ki, bu barədə administrasiyanın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun “X” hesabında yazıb.

O bildirib ki, ABŞ-nin İranın nüvə obyektlərinə hava zərbələri və İsrailin İrana hücumu Yaxın Şərqdə sülh və sabitliyə deyil, xaosa gətirib çıxaracaq yeni bir addımdır: “ABŞ-nin İraq və Əfqanıstana hərbi müdaxiləsi ilə başlayan proses dünyada daha çox radikallaşma və terrorizmə səbəb olduğu kimi, İrana hücumunun da oxşar nəticələr verəcəyi ehtimalı var”.

F.Altun əlavə edib ki, ABŞ İsraili dayandırmaq əvəzinə, onun addımlarına dəstək versə, dünyada sülhün təmin olunması daha da çətinləşəcək: “Biz beynəlxalq ictimaiyyəti məqbul variant ətrafında birləşməyə, regional və qlobal problemlərin həlli üçün diplomatiyaya üstünlük verməyə çağırırıq. Türkiyə olaraq, Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında regionda və dünyada sabitliyi qoruyan, Şərqlə Qərb arasında harmoniyaya təşviq edən siyasi yanaşmamızı davam etdirəcəyik”.

Oxşar xəbərlər

Türkiyə XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumunun nəticələrindən narahatıq
BMT-nin baş katibi İsrail və İrana çağırış edib
BƏƏ İsrailin İranın nüvə obyektlərinə hücumunu pisləyib
Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Bayden İsrailin İranın nüvə obyektlərinə zərbələrini dəstəkləməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle