sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bəşər Əsədin əmisi oğlu saxlanılıb
Suriyanın yeni hakimiyyəti ölkənin sabiq prezidenti Bəşər Əsədin əmisi oğlunu saxlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
Bildirilib ki, Vasim Əsəd narkotik ticarəti və bir sıra digər hüquq pozuntularında ittiham olunur.
"Suriya kəşfiyyatı və Daxili İşlər Nazirliyinin əməkdaşları Vasim Əsədi saxlamağa müvəffəq olublar. O, Suriyada ən məşhur narkotik tacirlərdən biri hesab olunur və əvvəlki hakimiyyətin cinayətlərində iştirak edib", - bəyanatda bildirilib.
SANA agentliyinin mənbələri isə bildirirlər ki, o Livanla sərhədə yaxın ərazidə saxlanılıb.
Oxşar xəbərlər
KİV: Suriya hökuməti Bəşər Əsədin dayısı oğlunu saxlayıb
Bəşər Əsədin qohumu Beyrut hava limanında saxlanılıb
Bəşər Əsədin əmisi oğlu həbs edilib
Suriya silahlı qrupları bir struktur altında birləşdiriləcək
KİV: Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvadadır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













