NATO Türkiyəyə daha bir “Patriot” yerləşdirir
sizinxeber.az xəbər saytı

NATO Türkiyəyə daha bir “Patriot” yerləşdirir


NATO Türkiyənin cənubundakı Adana əyalətində ABŞ və digər ölkələrdən olan personalın yerləşdiyi İncirlik hava bazasına daha bir “Patriot” raketdən müdafiə sistemi yerləşdirir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Hava məkanımızın və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün görülən milli tədbirlərə əlavə olaraq, Almaniyanın Ramşteyn şəhərindəki Müttəfiq Hava Komandanlığı tərəfindən sifariş edilən daha bir “Patriot” sistemi, orada yerləşən mövcud İspaniya “Patriot” sisteminə əlavə olaraq, Adanada yerləşdirilir”, - məlumatda bildirilir.

Qeyd edək ki, ötən həftə Malatyaya “Patriot” sistemi yerləşdirilmişdi.

Oxşar xəbərlər

NATO Adanada əlavə "Patriot" zenit-raket kompleksi yerləşdirir
Rumıniya Ukraynaya “Patriot” verir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar