Главная > MDB > Rusiya Milli Qvardiyasının generalı saxlanılıb
Rusiya Milli Qvardiyasının generalı saxlanılıb22-04-2025, 23:50. Разместил: Rss Bot Apa |
|
Moskvada müstəntiqlər Rusiya Milli Qvardiyasının Rəqəmsal İnkişaf və İnformasiyanın Mühafizəsi Departamentinin rəisi, general-mayor Mixail Varentsovu saxlayıblar. Sizinxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o “xüsusilə külli miqdarda dələduzluq”la bağlı cinayət işi çərçivəsində saxlanılıb. Varentsovun Nikolay Çepkasova qarşı açılmış cinayət işi çərçivəsində saxlanıldığı bildirilir. Hazırda onunla bağlı istintaq aparılır. Onun haqqında həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi ilə bağlı qərar veriləcək. Məlumata görə, istintaq general-mayorun həbsinə çalışacaq. Qeyd edək ki, Rusiya Milli Qvardiyasının əsas informasiya texnologiyaları mərkəzinin rəhbəri Nikolay Çepkasov bir ay əvvəl həbs edilib. Вернуться назад |