Главная > MDB > Rusiyada qanunsuz miqrantların reyestrinə daxil edilən əcnəbilərin sayı açıqlanıb
Rusiyada qanunsuz miqrantların reyestrinə daxil edilən əcnəbilərin sayı açıqlanıb26-03-2025, 15:50. Разместил: Rss Bot Apa |
|
640 minə yaxın miqrant Rusiya Federasiyasında qeyri-qanuni olan xarici vətəndaşların reyestrinə daxil edilib. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya hökumətinin sədri Mixail Mişustin bildirib. "2025-ci ilin fevral ayından nəzarət edilən şəxslərin reyestri tətbiq edilib. Bu, Daxili İşlər Nazirliyinin Rusiyada qeyri-qanuni olan əcnəbilərin məlumat bazasıdır. Orada, mənə elə gəlir ki, bizim Daxili İşlər Nazirliyimiz də əla iş görüb - ölkədə qeyri-qanuni miqrantlar üçün məhdudiyyətlər tətbiq edilib. Bu reyesterə təxminən 664 min nəfər əcnəbi salınıb" - Rusiya hökumətinin sədri Dövlət Dumasında deputatların suallarını cavablandırarkən deyib. O xatırladıb ki, fevral ayından Rusiya Federasiyasında qeyri-qanuni miqrantların ölkədən çıxarılması rejimi qüvvədədir: “Belə şəxslər aprelin 30-dək Rusiyada qalmalarını leqallaşdırmalı, ya da Rusiyanı tərk etməlidirlər". Mişustin vurğulayıb ki, bu il dekabrın 1-dən Rusiya ölkəyə giriş-çıxışa nəzarəti gücləndirmək üçün eksperiment aparlır: "Əcnəbilər Moskva hava limanlarında sərhədi keçərkən biometrik məlumatları təqdim etməlidirlər ki, bu da qadağan olunmuş şəxslərin ölkəyə girişinin qarşısını almağa yönəlib. Təxminən 2 milyon insan haqqında məlumat almışıq. Şəxsi məlumatlarını dəyişən 550-dən çox insan müəyyən edilib və onların RF ərazisinə daxil olmasına icazə verilməyib", - Rusiya baş naziri yekunlaşdırıb. Вернуться назад |