Главная > MDB > Ermənistan KTMT-yə borcunu ödəməsə, müxtəlif “ssenari”lər nəzərdən keçiriləcək
Ermənistan KTMT-yə borcunu ödəməsə, müxtəlif “ssenari”lər nəzərdən keçiriləcək7-03-2025, 09:50. Разместил: Rss Bot Apa |
|
Ermənistan 2025-ci ilin sonuna kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə ödəniş etməsə, o zaman təşkilatın üzvü olan dövlətlər müxtəlif “ssenari”ləri nəzərdən keçirə bilərlər. APA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib. O qeyd edib ki, bununla belə heç bir ölkə təşkilatdan qovulası deyil. Diplomat qeyd edib ki, gələn ilin yanvarına kimi İrəvanın 2 illik borcu yığılacaq: “Lakin təşkilata üzv başqa ölkələrin də texniki, maliyyə və digər səbəblərdən borclanması halları olub”. Qeyd edək ki, Ermənistanın KTMT-də iştirakı 2024-cü ilin fevralından dondurulub. Вернуться назад |