Главная > MDB > Zelenski Rusiyanı sərt cavab tədbirləri ilə hədələyib
Zelenski Rusiyanı sərt cavab tədbirləri ilə hədələyib10-07-2025, 11:50. Разместил: Rss Bot Apa |
|
Zelenski hücumla bağlı məlumat yayıb APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "X" hesabında bildirib. Onun sözlərinə görə, dronların 200-ü “Şahed” tipli dronlar olub: Hücumlar nəticəsində insan tələfatı olub “Hücumların əsas hədəfi Kiyev olub. Bundan başqa Poltava, Kirovoqrad, Sumı və Çerniqov bölgələrinə də hücumlar edilib. Kiyevdə iki nəfər həyatını itirib. Son məlumata görə, 16 nəfər xəsarət alıb”, - Ukrayna Prezidenti qeyd edib. Zelenski sanksiyaların artırılmasına çağırıb Zelenski Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb və Ukraynanın cavab zərbələri endirəcəyini bəyan edib. Ukrayna müdafiəsini gücləndirmək üçün danışıqlar aparır O qeyd edib ki, Rusiyanın bu cür hücumlarına sərt cavab verilməlidir: “Bu gün mən tərəfdaşlarla, xüsusən də "İstəklilər Koalisiyası" çərçivəsində dronların istehsalı və Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün əlavə maliyyə haqqında danışacağam. Məqsədlər tamamilə aydındır. Rusiyanın bu cür hücumlarına sərt cavab verilməlidir”. Вернуться назад |