Rəsmi Moskva: Nüvə silahı daşıyan təyyarələrimiz məhv olmayıb, zədələnib
sizinxeber.az xəbər saytı

Rəsmi Moskva: Nüvə silahı daşıyan təyyarələrimiz məhv olmayıb, zədələnib


Rusiya təyyarələri iyunun 1-də aerodromlara hücum zamanı məhv edilməyib, zədələnib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, sözügedən texnika, Müdafiə Nazirliyinin nümayəndələrinin də dediyi kimi, məhv edilməyib, əksinə, zədələnib: "Onlar bərpa olunacaq. Bundan özünüz nəticə çıxarın. Üstəlik, indi haqqında danışdığımız nomenklatura bu və ya digər müqavilə ilə mütləq tam əhatə olunmur. START-a [Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Müqaviləsinə] gəlincə, bildiyiniz kimi, onu biz dayandırmışıq, - Rusiya xarici işlər nazirinin müavini Ukrayna Silahlı Qüvvələrinin hücumunun strateji balansa mümkün təsiri ilə bağlı sualı cavablandırarkən deyib.

Diplomat vurğulayıb ki, Ukrayna hakimiyyətinin zərbələrin nəticələri ilə bağlı bəyanatları həqiqətə uyğun deyil.

Qeyd edək ki, iyunun 1-də Ukrayna ordusu Rusiyanın Murmansk, İrkutsk, Ryazan və Amur vilayətlərin yerləşən strateji aviasiya aerodromlarına PUA hücumu təşkil edib. Hücumlar Rusiya ərazisindən, bilavasitə hərbi aerodromların yaxınlığından həyata keçirilib. Nəticədə Rusiya Hava Kosmik Qüvvələrinin çoxlu sayda təyyarəsinə ziyan vurulduğu bildirilib. Ukrayna tərəfi Rusiyanın nüvə silahı daşıya bilən 40-dan çox strateji hərbi təyyarəsinin məhv edildiyini açıqlayıb.

Oxşar xəbərlər

Rusiya nüvə silahı sınağı keçirə bilər
Rusiya XİN: Moskva London və Vaşinqtonu Kiyevə təsir göstərməyə çağırır
Rusiya XİN: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyində dəyişiklik görmürük
İran, Çin və Rusiya Tehranın nüvə məsələsini müzakirə edir
XİN: Ryabkov ABŞ səfiri ilə planlaşdırılmış görüş keçirib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər