sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Stavropolda partlayış törədilib, iki nəfər həlak olub
Rusiyanın Stavropol şəhərində partlayış törədilib.
Sizinxeber.az xəbər verir ki, partlayış nəticəsində iki nəfər həlak olub. Ölənlərdən birinin Ukraynaya qarşı müharibənin iştirakçısı Zaur Qutsiyev olduğu açıqlanıb.
Faktla bağlı cinayət işi başlanıb.
Partlayış Stavropolun Çexov küçəsində yerləşən yaşayış binasının yaxınlığında baş verib. Partlayış nəticəsində bir neçə avtomobilə ziyan dəyib.
Məlumata görə, həlak olanlardan biri partlayış baş verən yerin yaxınlığındakı evdə yaşayırmış.
Hadisənin Ukrayna müharibəsinin iştirakçısı Zaur Qutsiyevə qarşı törədilmiş terror aktı ola biləcəyi ehtimalı da araşdırılır.
Oxşar xəbərlər
Pakistanda partlayış törədilib, ölən və xəsarət alanlar var
Moskvada yaşayış binasında baş verən partlayış nəticəsində üç nəfər həlak olub
İrandakı partlayışlarda Qızıl Aypara Cəmiyyətinin üç əməkdaşı həlak olub
Somalidə partlayış nəticəsində ən azı iki nəfər ölüb
İranda yaşayış binasında partlayış baş verib, 21 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













