KİV: Ramzan Kadırov tutduğu vəzifədən azad edilməsini xahiş edib
sizinxeber.az xəbər saytı

KİV: Ramzan Kadırov tutduğu vəzifədən azad edilməsini xahiş edib


Çeçenistan rəhbəri Ramzan Kadırov tutduğu vəzifədən azad edilməsini xahiş edib.

Sizinxeber.az-nın Rusiya bürosu lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə onun özü “Çeçnya Seqodnya” xəbər agentliyinə açıqlamasında bildirib.
Kadırov istefa verə biləcəyi ilə bağlı yayılan xəbərləri belə şərh edib.

"Mən özüm də vəzifəmdən azad olunmağımı xahiş edirəm. Başqasının öz təşəbbüsü, öz baxışı olacaq. Ümid edirəm ki, mənim xahişim dəstəklənəcək", - deyə Kadırov bildirib.

Çeçenistan rəhbəri vəzifədən azad olunmaqla bağlı konkret olaraq kimə müraciət etdiyini açıqlamayıb.

Oxşar xəbərlər

Ramzan Kadırov İlon Maskı Çeçenistana dəvət edib
Ramzan Kadırov Azərbaycan Prezidentini təbrik edib
Adam Kadırov Çeçenistan Respublikasının ali mükafatına layiq görülüb
Kadırov Putini Çeçenistana dəvət etdi
Çeçenistanda xüsusi təyinatlı polis alayının kazarması hücuma məruz qalıb, yaralılar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər