Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında birgə mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, rusiyalı jurnalist Ermənistanın Avropa İttifaqına üzvlük layihəsi ilə bağlı erməni nazirə sual ünvanlayıb.
“Ermənistan hökuməti Aİ-yə üzvlüklə bağlı hansı müddətə ümid edir? Ermənistan hökuməti Aİ ilə Avrasiya iqtisadi İttifaqına üzvlüyü bir araya necə sığışdırmaq niyyətindədir?” sualından sonra rusiyalı jurnalist Lavrova olan sualını səsləndirmək istəyib. Bu zaman Lavrov Mirzoyanın birinci sualı cavablandırmasını təklif edib: “Qoy Ararat Samveloviç cavab versin!"
Mirzoyanın Rusiya XİN başçısının təklifinə reaksiyası maraqlı olub: “Sergey Viktoroviçin cavabı bundan asılıdır?” deyə Ararat Mirzoyan replika ilə çıxış edib. Lavrov isə Mirzoyanın replikasına “Yox, bu sual mənə ünvanlanmayıb, ancaq sizə ünvanlanıb”, deyə cavab verib.
Mirzoyan Aİ-yə üzvlüklə bağlı qanun layihəsinin ictimai sənəd olduğunu söyləyib, bildirib ki, orada konkret müddətdən və mexanizmlərdən söhbət getmir. O, bu layihənin vətəndaş cəmiyyətinin təşəbbüsü olduğunu qeyd edib.
Ermənistan XİN başçısı məlum suala ətraflı cavab verə bilməyib: “Bundan sonra nə olacaq, onu sonra həll edəcəyik. O ki qaldı Aİ və Avrasiya İttifaqı arasındakı ziddiyyətə mən bunu mühakimə edə bilmərəm və ya nəsə yeni şey icad edə bilmərəm. Əgər məsələ belə qoyulsa, o zaman yəqin ki baxmaq lazım gələcək”.
Oxşar xəbərlər
Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Rusiya XİN rəhbəri: Mirzoyan Moskvaya səfərə dəvət olunub
Mirzoyan: İrəvan Moskva ilə dialoqu davam etdirməyi hədəfləyir
Ermənistan XİN rəhbəri: Rusiya ilə dialoqu davam etdirmək niyyətindəyik
Rusiya və Ermənistan XİN rəhbərləri görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













