Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunan hərəkat üzvlərinin işi məhkəməyə göndərilib
sizinxeber.az xəbər saytı

Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunan hərəkat üzvlərinin işi məhkəməyə göndərilib


Ermənistanda revanşist hərəkatın rəhbərləri və üzvləri də daxil olmaqla, 18 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Sizinxeber.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin Dövlət, Konstitusiya Quruluşu və İctimai Təhlükəsizlik Əleyhinə Cinayətlərin İstintaqı Baş İdarəsində aparılan istintaq üzrə “Müqəddəs mübarizə” hərəkatının fəallarına qarşı terror aktlarının hazırlanması və dövlət çevrilişinə cəhd maddələri üzrə ittiham irəli sürülüb.

O da qeyd edilib ki, istintaq dövrü üçün 17 nbəfər barəsində həbs, bir nəfərlə bağlı isə polisin nəzarəti altına verilmə və ölkədən çıxışa qadağa qətimkan tədbirləri tətbiq olunub.

Hazırda cinayət işinin materialları ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora təhvil verilib.

Növbəti mərhələdə isə iş baxılması üçün məhkəməyə göndəriləcək.

Oxşar xəbərlər

Zaqatalada qanunsuz ağac kəsmədə təqsirləndirilən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib
Naxçıvanda həmkəndlisi olan qadını öldürməyə cəhd edən şəxsin istintaqı tamamlanıb
Meydan TV” əməkdaşları və daha bir neçə nəfər həbs olunub
"Meydan TV” əməkdaşları və daha bir neçə nəfər həbs olunub
206 min manat mənimsəməkdə ittiham olunan şirkət rəhbərinə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər