Dmitri Medvedev Trampa cavab verib: Rusiya hər şeydə haqlıdır və öz yoluna davam edəcək
sizinxeber.az xəbər saytı

Dmitri Medvedev Trampa cavab verib: Rusiya hər şeydə haqlıdır və öz yoluna davam edəcək


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın onun ünvanına səsləndirdiyi kəskin ifadələrə münasibət bildirib.

Sizinxeber.az xəbər verir ki, Dmitri Medvedev Rusiyanın öz yolu ilə getməyə davam edəcəyini söyləyib.

“Əgər Rusiyanın sabiq prezidentinin (özünü nəzərdə tutur – red.) hansısa sözləri ABŞ-ın bu qədər qəzəbli prezidentinin əsəbi reaksiyasına səbəb olubsa, deməli, Rusiya hər şeydə haqlıdır və öz yoluna davam edəcək”, - deyə Medvedev vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Dmitri Medvedevin ünvanına kəskin ifadələr işlədib.

“Prezidentliyi baş tutmayan, hələ də özünü Rusiya prezidenti hesab edən Medvedevə deyin ki, sözlərinə diqqət etsin! O, çox təhlükəli ərazilərə girir”, - deyə Tramp vurğulayıb.

Bu yaxınlarda D. Medvedev Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcəyi təqdirdə ABŞ-ı müharibə ilə hədələmiş, həmçinin, bəyan etmişdi ki, Rusiyanın Ukrayna ilə necə danışıqlar aparacağına qərar vermək Trampın işi deyil.

Oxşar xəbərlər

Tramp Medvedevə xəbərdarlıq edib: Ona deyin, sözlərinə diqqət etsin! Çox təhlükəli ərazilərə girir
Dmitri Medvedev: ABŞ bizimlə tam miqyaslı müharibə aparır
Dmitri Medvedev: Tramp yeni Kennedi ola bilər
Dmitri Medvedev: Müharibə tezliklə Rusiyanın qələbəsi ilə başa çatacaq
Medvedev: NATO müqaviləsinin V maddəsi alyansın Rusiyanı təhdid edən kiçik ölkələrinə kömək etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər