Rusiya sanksiyalara görə sərnişin təyyarələrini itirir
Qərbin sanksiyaları Rusiyanın hava donanmasına zərbə vurub. Xüsusilə, Moskva Qərb təyyarələrini itirir.
Sizinxeber.az “Vedomosti” nəşrinə istinadən xəbər verir ki, 2023-cü il oktyabrın sonundan 2024-cü il iyunun 26-dək 13 ən böyük aviadaşıyıcının donanmasında uyğun təyyarələrin sayı 3% azalaraq 693 təyyarəyə düşüb.
Bildirilir ki, ən çox təyyarəni - 12 hava gəmisini “Aeroflot” qrupuna daxil olan “Rossiya” şirkəti itirib. Aviaşirkətin ümumilikdə 124 təyyarəsi var.
Bundan əlavə, S7 və Yamal hər biri beş, UTair və Aeroflot isə daha iki gəmi itirib. Qeyd olunur ki, S7 donanmasının azaldılması Airbus A320neo və A321neo təyyarələrinin texniki xidmətində yaranan problemlərin nəticəsi olub. Bu təyyarələr yeni nəsil Pratt & Whitney mühərrikləri ilə təchiz olunub və onlar Rusiyada təmir olunmur.
Eyni zamanda, Aeroflot bildirib ki, şirkətin ümumilikdə 171 təyyarəsi var, onların 96%-i uçuşa yararlıdır və uçur, digərləri isə “müxtəlif texniki xidmətlərdən” keçir.
Oxşar xəbərlər
"Bayraqdar" dünyaya necə səs saldı? - "Blumberq"
Təcili: Rusiya təyyarəsi qəzaya uğradı, hamısı öldü
Keniyada təyyarələr toqquşub, ölənlər və yaralananlar var
Azərbaycan İtaliyadan helikopter alır: Memorandum imzalandı - FOTO
Şolts: Rusiya təyyarələrini və raketlərini vurmayacağam
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
İradə İmanbəyliyə vəzifə verildi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM












