Главная > Digər ölkələr > Zelenski: Rusiya Odessanı tutmaqla Moldova və Rumıniya ilə sərhədə çatmaq istəyir

Zelenski: Rusiya Odessanı tutmaqla Moldova və Rumıniya ilə sərhədə çatmaq istəyir


11-06-2025, 22:30. Разместил: Rss Bot Report

Rusiya Ukraynadan Odessanı almaqla, Rumıniya və Moldova ilə sərhədə çatmağı planlaşdırır.

“Sizinxeber.az” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Odessada keçirilən “Ukrayna - Cənub-Şərqi Avropa” sammiti zamanı deyib.

Ukrayna dövlət başçısı vurğulayıb ki, Odessa Rusiya üçün hədəfdir.

"Rusiya işğal etdiyi ərazilərdəki saysız-hesabsız şəhər və kəndlərdə olduğu kimi, onu da məhv etmək istəyir. Onun hərbi planları bu bölgəni - Odessanı, daha sonra isə Moldova və Rumıniya ilə sərhədi göstərir", - Zelenski əlavə edib.

Bundan əvvəl Prezident Ofisi rəhbərinin müavini Pavlo Palisa vurğulayıb ki, Rusiya Ukraynanı Qara dənizdən kəsmək üçün Odessa və Nikolayevi ələ keçirmək istəyir.


Вернуться назад