Главная > Digər ölkələr > Kreml Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı dedikləriylə razı deyil
Kreml Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı dedikləriylə razı deyil6-06-2025, 15:30. Разместил: Rss Bot Report |
|
Rusiya ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə münaqişəni “iki uşaq arasındakı dava” sözləri ilə ifadə etməsiylə razılaşmır. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya üçün bu, milli maraqlar və təhlükəsizlik məsələsidir. “ABŞ prezidentinin burada, şübhəsiz ki, öz nöqteyi-nəzəri ola bilər. Amma bizim üçün bu, ekzistensial məsələdir, milli maraqlarımızla bağlı məsələsidir”, - Kreml nümayəndəsi deyib. O, həmçinin bəyan edib ki, Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçilik etməkdə davam edir və Moskva buna görə minnətdardır. Вернуться назад |