Главная > Digər ölkələr > ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinə sanksiyalar tətbiq edib
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinə sanksiyalar tətbiq edib6-06-2025, 06:00. Разместил: Rss Bot Report |
|
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) dörd hakiminə Amerika hərbçilərinə və İsrail rəhbərliyinə qarşı “qanunsuz hərəkətlər”ə görə sanksiyalar tətbiq edib. “Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir. Sənəddən məlum olub ki, sanksiyalar Uqanda, Peru, Benin və Sloveniyadan olan BCM hakimlərinə tətbiq edilib. “Bu şəxslər BCM-in ABŞ və İsrailin razılığı olmadan Amerika və İsrail vətəndaşlarını araşdırmaq, saxlamaq, həbs etmək və ya təqib etmək cəhdlərində birbaşa iştirak ediblər”, – Rubio qeyd edib və xatırladıb ki, nə ABŞ, nə də İsrail 1998-ci il Roma Statutunu ratifikasiya edib. Amerika xarici siyasət idarəsinin mətbuat xidməti tərəfindən yayılmış izahedici qeyddə bildirilir ki, BCM hakimlərinə qarşı sanksiyalar xüsusilə Amerika hərbçilərinin Əfqanıstandakı fəaliyyətinin araşdırılması, həmçinin İsrailin Baş naziri Binyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qalantın həbsi üçün order verilməsi ilə əlaqədar tətbiq edilib. Вернуться назад |