Главная > Digər ölkələr > Zelenski AK prezidenti ilə Rusiyaya qarşı 18-ci sanksiya paketinə hazırlığı müzakirə edib
Zelenski AK prezidenti ilə Rusiyaya qarşı 18-ci sanksiya paketinə hazırlığı müzakirə edib20-05-2025, 18:30. Разместил: Rss Bot Report |
|
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen ilə telefon danışıqları aparıb. “Sizinxeber.az” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb. V.Zelenski Ursula fon der Lyayenə və Avropa İttifaqına (Aİ) Rusiyaya qarşı 17-ci sanksiya paketinin qəbul edilməsinə görə təşəkkür edib. Ukrayna Prezidenti bunun düzgün istiqamətdə atılan addım olduğunu qeyd edib. V.Zelenski bildirib ki, tərəflər, həmçinin Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiya paketinə hazırlığı müzakirə ediblər. Ukrayna Prezidenti maliyyə sxemləri, banklar, neft kimi sahələrə sanksiya təzyiqinin zəruriliyinə xüsusi diqqət yönəldib. Вернуться назад |