Главная > Digər ölkələr > Fransa kontingenti Seneqaldakı daha bir hərbi bazanı tərk edib
Fransa kontingenti Seneqaldakı daha bir hərbi bazanı tərk edib17-05-2025, 05:30. Разместил: Rss Bot Report |
|
Fransa Seneqaldakı üçüncü bazasından hərbi kontingentinin çıxarılmasını başa çatdırıb. "Report"un xəbərinə görə, bu barədə Fransanın Afrika ölkəsindəki səfirliyinin bəyanatında deyilir. "Fransa tərəfi Dakar limanında yerləşən Kontr-Amiral-Prote bölgəsindəki bazanı Seneqal tərəfinə təhvil verib", - diplomatik nümayəndəlikdən bildiriblər. Bundan əvvəl, martın 7-də Mareşal və Sent-Ekzüperi bazaları geri qaytarılıb. Qalan obyektlər yaya qədər müəyyən edilmiş qrafikə uyğun olaraq Seneqal tərəfinə veriləcək. Вернуться назад |