Genişmiqyaslı elektrik kəsintisi Qərbi Avropanı iflic edib - İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız, internetsiz qalıb, metro işləmir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, işıqforlar, tramvaylar, hava limanları fəaliyyətini dayandırıb.
İspaniya dövlət şəbəkə operatorunun ilkin versiyasına görə, elektrik kəsintisinin səbəbi enerji sistemində nasazlıq ola bilər. Madrid hava limanı və paytaxt metrosunun işində fasilələr müşahidə olunur.