Главная > Digər ölkələr > Zelenski AK-nın rəhbəri ilə Rusiyaya qarşı 17-ci sanksiyalar paketini müzakirə edib
Zelenski AK-nın rəhbəri ilə Rusiyaya qarşı 17-ci sanksiyalar paketini müzakirə edib27-04-2025, 02:30. Разместил: Rss Bot Report |
|
Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Komissiyasının sədri Ursula fon der Leyen müharibəni mümkün qədər tez bitirmək üçün tədbirləri və Avropa İttifaqının Rusiyaya qarşı 17-ci sanksiyalar paketini müzakirə ediblər. “Sizinxeber.az” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Zelenski görüşün yekunları üzrə özünün Telegram kanalında bildirib. Zelenski qeyd edib ki, AK rəhbəri ilə görüş müsbət ruhda keçib və ukraynalıların həyatının qorunmasına, təhlükəsizliyin bərpasına və qeyd-şərtsiz atəşkəsin yaxınlaşmasına kömək edəcək addımlara həsr olunub. "Aİ-nin 17-ci sanksiyalar paketinin hazırlanmasına xüsusi diqqət yetirilib. Onun Rusiya iqtisadiyyatının əsas sektorlarına yönəldilməsi və sülhün bərpası üçün Rusiyaya təzyiq elementlərindən birinə çevrilməsi vacibdir", - Ukrayna prezidenti vurğulayıb. Həmçinin, onun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri ilə görüşdə xüsusilə Ukrayna ilə Aİ arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Вернуться назад |