Главная > Digər ölkələr > Litva ABŞ rüsumlarından zərərçəkənlərə 20 milyon avro kompensasiya ödəyəcək
Litva ABŞ rüsumlarından zərərçəkənlərə 20 milyon avro kompensasiya ödəyəcək3-04-2025, 12:30. Разместил: Rss Bot Report |
|
Litva ABŞ-nin tətbiq etdiyi rüsumlardan zərər çəkən və onunla ticarət edən müəssisələrə qismən kompensasiya ödəməyi planlaşdırır. “Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat və İnnovasiyalar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ilk yardım paketi təxminən 20 milyon avro təşkil edəcək. Nazirlik qeyd edib ki, Litvanın ümumi ixracının 6,8 %-i ABŞ-nin payına düşür. 2024-cü ildə Litvanın bu ölkəyə ixracının həcmi ilkin olaraq 1,6 milyard avro qiymətləndirilir. ABŞ ilə ticarəti 1,041 min Litva şirkəti həyata keçirir. Litva İqtisadiyyat Nazirliyinin qiymətləndirməsinə görə, ABŞ-nin rüsumlarının elan edilmiş səviyyədə 3-4 il ərzində saxlanılması ölkənin ÜDM-nin 0,65 % azalmasına səbəb ola bilər. Вернуться назад |