Главная > Digər ölkələr > HƏMAS girovların azad edilməsini təxirə salıb
HƏMAS girovların azad edilməsini təxirə salıb10-02-2025, 23:00. Разместил: Rss Bot Report |
|
Fələstinin HƏMAS hərəkatı fevralın 15-nə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəlib. "Sizinxeber.az"un məlumatına görə, bu barədə HƏMAS-ın hərbi qanadının nümayəndəsi Əbu Ubeydə özünün teleqram kanalında bildirib. "Son üç həftə ərzində razılaşma şərtlərinin dəfələrlə pozduğunu müşahidə etdik. Bu səbəbdən fevralın 15-də azad edilməli olan məhbusların azadlığa buraxılmasını təxirə salmaq qərarına gəldik. İsrail müqavilənin şərtlərinə əməl etməlidir", - o vurğulayıb. HƏMAS hesab edir ki, İsrail anklavın cənubundan şimala köçkünlərin qayıtmasını gecikdirməklə, Qəzza sakinlərinə atəş açmaqla və bütün növ humanitar yardımların çatdırılmasını təmin edə bilməməklə razılaşmanın şərtlərini pozub. Вернуться назад |