Главная > Digər ölkələr > Rusiyanın Konstantinovkada bazara endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb
Rusiyanın Konstantinovkada bazara endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb20-08-2025, 19:00. Разместил: Rss Bot Report |
|
Avqustun 20-də Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətindəki Konstantinovka bazarına raket zərbələri endirib, nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb. “Report” xəbər verir ki, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının (VHA) rəhbəri Vadim Filaşkin özünün teleqram kanalında məlumat verib. “Konstantinovkaya endirilən zərbələr nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Ruslar şəhərə səkkiz “Smerç” raketi atıblar, qəsdən bazarı nişan alıblar”, - o bildirib. Filaşkinin sözlərinə görə, 15 ticarət pavilyonu, 8 fərdi yaşayış evi, 6 çoxmərtəbəli bina, 1 mağaza, 2 avtomobil və elektrik xətləri ziyan görüb. Donetsk VHA rəhbəri Rusiya Silahlı Qüvvələrinin davam edən zərbələri ilə əlaqədar bölgə əhalisini dərhal təxliyə olmağa çağırıb. Вернуться назад |