Главная > Digər ölkələr > Litva aeroportunda uçuşlar müvəqqəti dayandırılıb
Litva aeroportunda uçuşlar müvəqqəti dayandırılıb20-08-2025, 12:30. Разместил: Rss Bot Report |
|
Vilnüs yaxınlığında pilotsuz uçuş aparatı qeydə alındıqdan sonra hava limanında hərəkət müvəqqəti olaraq dayandırılıb. “Report” xəbər verir ki, bu barədə Litva KİV-ləri hava limanının nümayəndəsi Tadas Vasilyauskasa istinadən məlumat yayıb. "Hava limanı xidmətləri ərazidə patrul və müşahidəni gücləndirib. Çərşənbə gününə keçən gecə uçuşlar təxminən 30 dəqiqə dayandırılıb, sonra tam bərpa edilib", - o bildirib. Fasilələr səbəbindən Tel-Əvivə uçuş gecikib, bir neçə gələn təyyarə isə enişdən əvvəl gözləmə zonasında dövrə vurmağa məcbur olub ki, bu da 15-20 dəqiqəlik gecikmələrə gətirib çıxarıb. Вернуться назад |