Главная > Digər ölkələr > Baş nazir: Ukrayna növbəti 2 ildə büdcənin 50 faizini ordunun silahlanmasına yönəltməyi planlaşdırır
Baş nazir: Ukrayna növbəti 2 ildə büdcənin 50 faizini ordunun silahlanmasına yönəltməyi planlaşdırır18-08-2025, 14:00. Разместил: Rss Bot Report |
|
Ukrayna hökuməti növbəti 2 il büdcəsinin 50 faizini ordunun silahlanmasına yönəltməyi planlaşdırır. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukraynanın yeni Baş naziri Yuliya Sviridrenko, Kiyevdə hökumətin yeni fəaliyyət istiqamətlərinin təqdimatında bildirib. "Hökumətin prioritetləri bunlardır: müdafiə və təhlükəsizlik, Avropaya inteqrasiya, antikorrupsiya tədbirləri. Təkcə 2026-cı il üçün büdcədə müharibə üçün ayrılan vəsait 120 milyard ABŞ dolları olacaq. Bu, Ukrayna büdcəsində ayrılanlar və tərəfdaşlarımızın yardımları ilə birlikdədir. Bundan başqa 2026-2027-ci illər üçün 37 milyard dollar makromaliyyə yardımının cəlb edilməsi də planlaşdırılır", - Baş nazir əlavə edib. Вернуться назад |