Главная > Digər ölkələr > KİV: Tramp-Zelenski görüşündə İtaliyanın baş naziri ilə Finlandiya prezidenti də iştirak edə bilər
KİV: Tramp-Zelenski görüşündə İtaliyanın baş naziri ilə Finlandiya prezidenti də iştirak edə bilər17-08-2025, 13:30. Разместил: Rss Bot Report |
|
NATO-nun baş katibi Mark Rütte avqustun 18-də Ağ Ev rəhbəri Donald Trampla keçiriləcək danışıqlarda Vladimir Zelenskiyə dəstək olmaq üçün ABŞ-a səfər edə bilər. “Sizinxeber.az” xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, Avropa liderləri Zelenskinin fevralın 28-də Oval kabinetdə Trampla fəlakətli ilk görüşünün təkrarlanmasından qorxurlar. Odur ki, Nəşrin məlumatına görə, Trampla yaxın münasibətdə olan Rütte Ukraynaya dəstək üçün avqustun 18-də Vaşinqtona gedə bilər. “Politico” daha əvvəl bildirib ki, avropalılar Finlandiya prezidenti Aleksandr Stubbı Zelenski ilə Tramp arasında görüş üçün ABŞ-a göndərmək istəyirlər. “İl Fatto Quotidiano” qəzeti də bildirib ki, İtaliyanın baş naziri Ciorcia Meloni ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında avqustun 18-də baş tutacaq görüş üçün Vaşinqtona gedə bilər. Вернуться назад |